20 Yanvar 2015 07:53
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbii fəlakət daha bir Afrika ölkəsini ağuşuna alıb. Madaqaskarda tropik fırtına və şiddətli yağış nəticəsində azı 14 nəfər ölüb.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən məlumatına görə, 36 mindən çox insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Ölüm hallarının əksəriyyəti yer sürüşməsi və tikililərin dağılması ilə bağlıdır. Məlum olduğu kimi, Cənubi Afrikanın kontinental hissəsində yerləşən Malavi və Mozambik hazırda güclü daşqınlardan əziyyət çəkir.


Müəllif:

Oxşar xəbərlər