20 Yanvar 2015 08:49
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, ölkəsinin Rusiyadan enerji asılılığı iki ildən sonra bitəcək.

Teleqraf.com-un Korrespondent.net saytına istinadən məlumatına görə, İsveçrənin şimal-şərqində yerləşən Sürix şəhərindəki universitetdə çıxış edən P.Poroşenko bildirib ki, Avropa ve ABŞ-dan olan investorların dəstəyi hesabına Ukrayna Rusiyadan qaz ixracını dayandıra bilər.

"Əminəm ki, iki ildən sonra rusların qazı bizə lazım olmayacaq. Bu məqsədə nail olmaq üçün isə qərb investorlarının köməyinə ehtiyacımız var", deyə Poroşenko vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər