2 Dekabr 2023 23:39
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO baş katibi Yens Stoltenberqin Ukraynanın alyansa daxil olması ilə bağlı bəyanatı cəfəngiyyatdır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ ordusunun keçmiş kəşfiyyat zabiti, analitik Skot Ritter deyib.

“Ukrayna heç vaxt NATO-ya daxil olmayacaq. Stoltenberq hər formada çılğın çıxışlar edə bilər. Amma Rusiya buna imkan verməyəcək”, - Ritter bildirib.

Onun sözlərinə görə, Ukrayna iqtisadi və hərbi baxımdan alyansın üzvü olmağa qadir deyil:

“Stoltenberq də başa düşür ki, Rusiyanın müdafiə sənayesi çox güclüdür.

Ukrayna qarşısında öhdəliklərini yerinə yetirə bilməyən alyansdan fərqli olaraq Rusiya hərbi-sənaye kompleksinin mükəmməl işi Ukrayna üzərində qələbəyə töhfə verir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər