Gələcəkdə Qəzzada təhlükəsizliyi öz üzərinə götürmək üçün Fələstin təhlükəsizlik qüvvələri gücləndirilməlidir.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris Yaxın Şərq regionunun liderləri ilə görüşlərdən sonra keçirilən mətbuat konfransında deyib.
"Fələstin təhlükəsizlik qüvvələri Qəzzada təhlükəsizlik üçün məsuliyyəti öz üzərinə götürmək üçün gücləndirilməlidir",- Harris vurğulayıb.
O qeyd edib ki, həmin vaxta qədər İsrail, Qəzza sakinləri, Fələstin administrasiyası və beynəlxalq tərəfdaşlar üçün məqbul təhlükəsizlik tədbirləri görmək lazımdır.
ABŞ-ın vitse-prezidenti qeyd edib ki, münaqişə bitdikdən sonra ərəb liderlərinə Qəzzanın inkişafı üçün üç istiqamət təklif olunub. Təhlükəsizliyi təmin etməklə yanaşı, onlara anklavın bərpası və Fələstin Muxtariyyəti tərəfindən idarə olunmasının təmin edilməsi daxildir.