Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 4-də Qətərə iki günlük səfər edəcək.
Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Dohada Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcək.
Rəcəb Tayyib Ərdoğan Qəzzada humanitar sülhün bərpası və döyüşlərin dayandırılmasında vasitəçilik rolunu oynamış Qətər əmiri ilə daimi atəşkəsin əldə olunmasını müzakirə edəcək.
Səfər zamanı iki ölkə arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri gündəmdə olacaq.