Oxşar xəbərlər
İraqın şimalında baş verən 2 ayrı terror aktı nəticəsində 11 nəfər həyatını itirib.
Teleqraf.com xəbər verir ki, 1-ci partlayış Bağdadın şimalındakı et-Tarimiyye bölgəsində baş verib. Avtomobilə quraşdırılan bombanın partlaması 5 nəfərin ölümünə, 11 nəfərin yaralanmasına səbəb olub.
Eş-Şab bölgəsindəki bir çayxanada partlayıcının işə düşməsi nəticəsində isə 6 nəfər ölüb, 13 nəfər yaralanıb.
Hadisə ilə bağlı heç bir rəsmi məlumat verilməyib.