20 Yanvar 2015 12:40
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın bir çox şəhərlərində Qərbin İslamlaşmasına qarşı Vətənpərvər Avropalılar (PEGIDA) hərəkatına qarşı etiraz aksiyaları davam edir.

Teleqraf.com Reuters agentliyinə istinadən xəbər verir ki, Drezden şəhərində PEGİDA hərəkatının nümayiş keçirilməsinin qadağan olunmasına baxmayaraq, paytaxt Berlində hərəkatın 300 tərəfdarı yürüş təşkil edib.

Digər tərəfdən isə PEGİDA-ya etiraz edən qruplar Naizrlər Kabineti və digər hakimiyyət orqanlarının binası önündə etiraz nümayişləri keçiriblər. Onlar “İrqçiliyə xeyr”, “Terrora yox”, “İnsan hüquqları eynidir” şüarlarını səsləndiriblər.

Samir


Müəllif: