20 Yanvar 2015 13:07
436

Madaqaskarda bir neçə gündü hökm sürən tropik Çedza fırtınası 14 nəfərin həyatına son qoyub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar idarəsindən açıqlama verilib. Yayılan məlumatda fırtınanın paytaxt Antananarivoda yaşayış evlərini dağıtdığı və çoxlu sayda məhəllənin su altında qaldığı bildirilib.

Ümumilikdə isə rəsmi rəqəmlərə görə, hadisə nəticəsində 84 min insan evsiz qalıb.

Samir


Müəllif:
loading...