8 Dekabr 2023 12:27
1 852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya müdafiə naziri Sergey Şoyqu özünü Prezident Vladimir Putinin əvəzinə taxtda görür. O, Rusiya lideri üçün “Vaqner” qrupunun mərhum rəhbəri Yevgeni Priqojindən daha təhlükəlidir.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

Onun sözlərinə görə, Rusiya müdafiə nazirinin kifayət qədər ciddi siyasi ambisiyaları var:

“Şoyqunun ambisiyaları var, özünü Putinin əvəzinə Rusiya taxtında görür. Bu ambisiyaları Ukraynanın genişmiqyaslı işğalından əvvəl özünü göstərdi”.

Ekspert bildirib ki, Rusiya Müdafiə Nazirliyi daxilindəki müxtəlif güc strukturları müxtəlif səviyyələrdə seçkilər zamanı periferik siyasi qüvvələr yaradaraq, Putinə qarşı mübarizə aparırlar:

“Bu gün Şoyqu Putin üçün getdikcə daha təhlükəli olur, hətta Priqojindən də təhlükəlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər