Avropa İttifaqı Şurası HAMAS-ın hərbi komandanlığının iki nümayəndəsinə sanksiya tətbiq edib.
Teleqraf.com xəbər verir ki, bu addım hərəkatın oktyabrın 7-də İsrailə hücumuna cavab olaraq atılıb.
Bildirilib ki, Aİ Şurası iki şəxsin Aİ-nin terrorçular siyahısına daxil edilməsinə qərar verib.
Bu şəxslər HAMAS-ın hərbi qanadının 2002-ci ildən (“Ezzedin al-Qassam Briqadaları”) generalı olan Məhəmməd Deif və HAMAS-ın hərbi qanadının komandir müavini Mərvan İsadır.
Sanksiyaya uyğun olaraq, bu şəxslərin Aİ-yə üzv dövlətlərindəki vəsaitləri və digər maliyyə aktivləri dondurulacaq.