Ukraynada ölkənin sabiq prezidenti Viktor Yanukoviç mühakimə olunub.
Teleqraf.com-un məlumatına görə, məhkəmə Yanukoviçi qiyabi şəkildə həbs edib.
Bu qərara əsasən, keçmiş dövlət başçısının Rusiya Federasiyasından ekstradisiyası tələbi irəli sürülə bilər.
Müvafiq qətnamə Ukrayna Baş prokurorluğunun təqdimatı əsasında Kiyev şəhərinin Peçerski rayon məhkəməsi tərəfindən çıxardılıb.
Nail Cəlil