Yəməndə şiddətlənən kütləvi aksiyalar faktiki olaraq, hökumətin devrilməsi ilə nəticələnib. Belə ki, paytaxt Sənada yerləşən prezident iqamətgahı “Ansar Alla” adlandırılan hərəkatın yaraqlıları tərəfindən zəbt olunub.
Teleqraf.com-un məlumatına görə, bu barədə “Al-Arabiya” telekanalı informasiya yayıb.
Qeyd edək ki, Yəməndə kütləvi etirazlar yanvarın 18-dən başlayaraq, daha da artıb və hökumət nümayəndlərinə qarş zorakılıqlarla müşayiət olunur.
“Al-Husi” adlandırılan hərəkatın üzvləri hakimiyyətin yürütdüyü siyasətə etiraz olaraq, radikal hərəkətlərini davam etdirirlər. Qiyamçılar Prezident Administrasiyasının rəhbərini oğurlayaraq, girov götürüblər.
Yanvarın 19-da isə yaraqlılarla prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları arasında qanlı toqquşmalar baş verib. Nəticədə 9 nəfər ölüb, 60 nəfərdən çox insan yaralanıb, müxtəlif bədən xəsarətləri alıb.
Göstərilən səylərə baxmayaraq, silahlı qarşıdurmanın qarşısını almaq mümkün olmayıb. Son məlumatlara görə, toqquşmalar getdikcə daha da şiddətlənir.