20 Yanvar 2015 22:21
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya işgüzar səfəri çərçivəsində Münhen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, görüşdə regional təhlükəsizlik məsələləri, beynəlxalq əməkdaşlıq və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı.

--------

21.09

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər üzrə federativ naziri Frank-Valter Ştaynmayer ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, görüşdə Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin indiki vəziyyəti və perspektivləri haqqında fikir mübadiləsi aparıldı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edildi.

Görüşdə Frank-Valter Ştaynmayer Azərbaycana son səfəri çərçivəsində səmərəli görüşlər keçirdiyini qeyd etdi.

-------

22.01

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya işgüzar səfəri çərçivəsində Bundestaqın deputatları və Almaniya-Azərbaycan Forumunun üzvləri ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, görüş zamanı Azərbaycan Prezidenti ilə görüşün, Azərbaycanla Almaniya arasında siyasi, iqtisadi, mədəni, elm və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri baxımından əhəmiyyəti qeyd olundu.

Görüşdə Azərbaycanla Almaniya arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Bu forumla Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın olduğu, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün fikir mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd edildi.

Həmçinin görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hüquq və norma prinsiplərinə əsaslanan ədalətli mövqeyi barədə ətraflı məlumat verdi və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğuladı.

Azərbaycan və Almaniya arasında enerji sahəsində əməkdaşlıq, iqtisadi əlaqələr, informasiya texnologiyaları, tibb sahəsində əməkdaşlıq, Azərbaycan iqtisadiyyatında Almaniyanın yeni şirkətlərinin iştirakı, Azərbaycanla Almaniya arasında parlamentlərarası əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə də Avropa Şurası, Avropa İttifaqı, "Şərq Tərəfdaşlığı" çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edildi.

Azərbaycan ilə Avropa Parlamenti, Avropa Şurası və bir sıra Avropa qurumları arasında əlaqələr ətrafında fikir mübadiləsi aparılıb. Bildirildi ki, Azərbaycana qarşı ədalətli münasibət sərgilənərsə, əməkdaşlıq daha da möhkəmlənər.


Müəllif:

Oxşar xəbərlər