20 Yanvar 2015 22:50
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəfə Ukraynaya növbəti dəstək Şərqin böyük adalar dövləti olan Yaponiyadan gəlib. Rəsmi Tokio Ukraynaya 300 milyon dollar həcmində əlavə iqtisadi yardımın ayrılması barədə qərar qəbul edib.

Teleqraf.com-un “TASS” agentliyinə istinadən məlumatına görə, bu barədə "Kyodo" xəbər portalı informasiya verib.

Yardım kimi ayrılan bu məbləğin 16,6 mln dolları ölkənin şərq bölgələrinin bərpasına sərf olunacaq. Brüsseldə səfərdə olan Yaponiya Xarici İşlər naziri Fumio Kisida Ukraynaya əlavə kömək göstəriləcəyi barədə məlumatı təsdiqləyib.

Bir müddət əvvəl Yaponiya Kiyevə 1,52 mlrd dollar həcmində yardım ayırdığını bildirmişdi. Yaponiyanın baş naziri Sindzo Abe Ukraynaya iri həcmli maliyyə yardımının ayrıldığını sentyabrın 25-də BMT Baş Assambleyasında çıxışı zamanı təsdiqləmişdi.


Müəllif:

Oxşar xəbərlər