Ukraynanın şərqində separatçılara qarşı döyüşən "kiborq"çulardan 8 nəfər girov düşüb.
Axar.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin məsləhətçisi, Müdafiə nazirinin müavini Yuri Biryukov Feysbuk hesabında bildirib:
"Döyüş gedirdi. Həlak olanlar var və 8 nəfər girov düşüb. Rəsmi xəbər olmasa da, çətin ki, kimsə bunu inkar edər".