12 Dekabr 2023 15:17
13 402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynada vəziyyətin inkişafı ilə bağlı ssenarilərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə təşkilatın saytında qeyd olunub.

Daha uzun və daha gərgin münaqişəni ehtiva edən ssenari 2025-ci ilin sonunda hərbi əməliyyatların bitməsini nəzərdə tutur.

BVF gələn il Ukraynanın ÜDM-nin 5 faiz azalacağını iddia edir.

Təşkilatın digər ssenarisinə görə, münaqişənin sonu 2024-cü ildə proqnozlaşdırılır. Amma hərbi əməliyyatların konkret bitmə tarixi göstərilmir.

Ukrayna İqtisadiyyat Nazirliyi və Mərkəzi Bankının məlumatlarına görə, ötən il ölkənin ÜDM-i təxminən üçdə bir azalıb.

BVF iyunda Ukraynanın dövlət borcunun 2023-cü ildə ÜDM-in 88.1, 2024-cü ildə 98.6, 2025-ci ildə isə 100.7 faizə qədər artacağını proqnozlaşdırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər