Afrikanın İŞİD-i sayılan "Boko Haram" terrorçu qruplaşması faktiki olaraq, bu qitədə bir neçə böyük dövlətin təhlükəsizliyini təhdid edir. Bu dəfə terrorçuların hədəfi Kamerunun şimalında yerləşən yaşayış məntəqələri olub.
Kamerun ordusu hazırda ölkənin şimalına hücum etmiş “Boko Haram” qruplaşması ilə şiddətli döyüşlər aparır.
Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, silahlılar qonşu Nigeriyadan ölkə ərazisinə keçərək Bonderi kəndinə hücum edib. Hər iki tərəfdə itkilərin olduğu bildirilir.
Hazırda döyüşlər davam edir. Digər təfərrüatlar hələlik açıqlanmır.