ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tezliklə yeni hərbi strategiya hazırlamaq üçün general-leytenant Antonio Aqutonu Ukraynaya göndərəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” ABŞ və Ukrayna rəsmilərinə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, yüksək rütbəli hərbçi uzun müddət Ukraynada qalacaq.
General Aquto ABŞ-ın təlimatları ilə plan hazırlamaq üçün birbaşa Ukrayna hərbi rəhbərliyi ilə işləyəcək. Yeni hərbi strategiya Almaniyanın Visbaden şəhərində keçiriləcək hərbi təlimlər zamanı hazırlanacaq.
NYT bildirir ki, ABŞ rəhbərliyi Rusiyanı Ukrayna ilə danışıqlara razı salmaq niyyətindədir. Üstəlik, Ağ Evin bir niyyəti də Moskvanın müharibəyə davam etmək, yoxsa Kiyevlə danışıqlar aparmaq istəyində olub-olmadığını aydınlaşdırmaqdır. ABŞ bunların Rusiya üçün son dərəcə çətin strateji seçim olduğunu düşünür.