12 Dekabr 2023 21:27
21 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya hökuməti bu həftə Rusiya ilə sərhəddə böyük keçid məntəqələrini açmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Finlandiyanın “İlta-Sanomat” nəşri rəsmi mənbələrə istinadla məlumat yayıb.

“Hökumət Finlandiyanın cənub-şərqində, Valima, Nuyama və İmatrada nəzarət-buraxılış məntəqələrinin açılması ilə bağlı qərar qəbul etmək niyyətindədir”, - məlumatda deyilir.

Rəsmi Helsinkinin qərarı tezliklə elan edəcəyi bildirilir.

Noyabrın 30-da Finlandiya hökuməti Suriya, Hindistan, Mərakeş və digər ölkələrdən olan qaçqınların nəzarətsiz axını səbəbindən Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər