13 Dekabr 2023 08:15
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş Assambleyası Misir və Mavritaniyanın Fələstin-İsrail münaqişəsi zonasında təcili humanitar atəşkəs tələb edən qətnaməni qəbul edib.

Teleqraf.com xəbər verir ki, BMT-yə üzv olan 193 ölkədən 153-ü qətnamə layihəsini dəstəkləyib, 10-u əleyhinə, 23-ü isə bitərəf qalıb.

Sənədin mətni digər məsələlərlə yanaşı, bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini, həmçinin beynəlxalq hüquqa, xüsusən də mülki şəxslərin müdafiəsi ilə bağlı tələblərə riayət etməyi tələb edir.


Müəllif: Teleqraf.com