13 Dekabr 2023 12:29
3 504
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailli nazirlər Fələstin dövlətinin tanınması çağırışını edən ABŞ Prezidenti Co Baydenə cavab veriblər.

Teleqraf.com xəbər verir ki, İsrail rəsmiləri belə bir dövlətin qurulmasına heç vaxt icazə verməyəcəklərini bildiriblər.

Ölkənin rabitə naziri Şlomo Karxi Baydenin İsrailin yaşadığı ən çətin dövrdə əlindən gələni etdiyini və bunun əsl dostluq olduğunu deyib:

“Amma biz burada yaşayırıq və bura bizim ölkəmizdir. Əcdadlarımızın tarixi irsidir. Burada Fələstin dövləti olmayacaq. İordan çayı ilə dəniz arasında başqa dövlətin yaranmasına heç vaxt icazə verməyəcəyik”.

Karxi 1993-cü ildə ABŞ-ın vasitəçiliyi ilə İsrail və Fələstin arasında imzalanmış müqaviləyə də toxunub:

“Heç vaxt Osloya qayıtmayacağıq.

Prezident Baydenin sözlərinə görə, burada yəhudi xalqının təhlükəsizliyi risk altındadır. Əlbəttə, elədir. Fələstin dövləti onu təhlükə qarşısında qoyacaq”.

İsrail hökumətinin portfelsiz naziri Gideon Saar da ABŞ liderinin çağırışına qarşı çıxıb:

“Nə İordan çayının qərb sahilində, nə də Qəzzada Fələstin terror dövlətini qəbul edəcəyik. Orada təhlükəsizlik üçün məsuliyyətdən boyun qaçırmayacağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər