Əfqanıstanda polis böyük miqdarda qeyri-qanuni istifadə üçün nəzərdə tutulan narkotik maddəni ələ keçirib. Ölkənin şərqindəki Paktiya əyalətində 6 narkotik alverçisi yaxalanıb. Teleqraf.com-un “RİA Novosti”-yə istinadən məlumatına görə, saxlanılan şəxslərdən 11 ton narkotik maddə aşkarlanaraq, müsadirə olunub.
Narkotik maddələr əvvəlcədən planlaşdırılmış xüsusi əməliyyat zamanı götürülüb. Aşkarlanan narkotik maddələrdən 1,85 tonu tiryək, qalanı isə həşişdir.
Əfqanıstanın narkotiklərlə mübarizə üzrə keçmiş nazir, general Hodadəd bununla bağlı bildirib ki, ABŞ və NATO ölkədə narkotik istehsalı ilə mübarizəyə 7,8 mlrd dollardır. O qeyd edib ki, son bir neçə ərzində narkotik maddələrin istehsalı xeyli artıb.
Generalın sözlərinə görə, son 2 il ərzində Paktiya əyalətində 80-dək narkotik alverçidi və 100 ton müxtəlif narkotik maddə götürülüb.