Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ və Ukrayna prezidentləri Co Baydenlə Vladimir Zelenski arasında aparılan danışıqların nəticələrini şərh edib.
Teleqraf.com xəbər verir ki, ölkə rəsmisi açıqlamasında Ukrayna ilə bağlı planlarına da diqqət çəkib.
Medvedevin fikrincə, Baydenin sözlərini təhlil etmək əbəsdir, çünki söhbət “dərinləşən demensiyanın açıq əlamətləri görünən qoca”nın dediklərindən gedir:
“Ukraynalı dilənçinin (Zelenski – red.) səfəri zamanı da belə bir fikir səsləndirdi. Söhbət Kiyevin “mifik qələbəsi”ndən gedir”.
Rusiya rəsmisi bu bəyanatı “simptomatik” adlandırıb və “Ukraynanın qələbəsi”nin Baydenə görə təhlil edilməli olduğunu vurğulayıb.
Medvedev Rusiyanın Ukraynanı Polşa ilə sərhəddə yerləşən Lvov vilayətinə qədər işğal edəcəyinə eyham vurub:
“O deyir ki, Ukrayna müstəqil dövlətdir. Yəni “qələbə” odur ki, “ölkə” qalacaq və dünya xəritəsindən silinməyəcək. Sərhədlərin və suverenliyin önəmi yoxdur. Məsələn, Lvov sərhədləri daxilində qalacaq”.