21 Yanvar 2015 07:50
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyada Həzrət Məhəmmədi təhqir edən və iqrçi təbliğat aparan İslam əleyhdarı bir tələbə 2 il həbs cəzasına məhkum edilib.

Teleqraf.com-un məlumatına görə, Avstriyada irqçiləri tərifləyən və İslamı pisləyib Həzrəti Məhəmmədi təhqir edən bu şəxs internetdə "İrqçi təbliğatı aparma və dini təlimləri pisləmə" maddəsi ilə mühakimə edilib.

Prokurorluq məhkəmənin təyin etdiyi cəzanın müddətinin az olduğunu bildirirək, onun artırılması ilə bağlı müraciət edib.

Adı açıqlanmayan 32 yaşındakı həmin gənc Danimarka vətəndaşıdır. Vyanada 2010-cu ildən bəri yaşayan və universitetdə kimya təhsili alan danimarkalı tələbənin “Facebook” səhifəsində irqçi düşüncələri təbliğ edən, yəhudi soyqırımını yalanlayan və Həzrəti Məhəmmədə təhqir ehtiva edən ifadələr dərc etdiyi bildirilib.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər