ABŞ-da odlu silahın azyaşlının əlinə keçməsi növbəti faciəyə səbəb olub. Belə ki, Missuri ştatında 5 yaşlı uşaq təsadüfən tapança ilə 9 aylıq qardaşını güllələyərək qətlə yetirib.
Teleqraf.com-un “RİA Novosti”-yə istinadən məlumatına görə, faciə bazar ertəsi Kanzas Siti şəhərində baş verib.
Mənzildə tapança aşkarlayan uşaq silahı kiçik qardaşına tuşlayıb və təsadüfən atəş açıb. Körpə aldığı ağır yaradan hadisə yerində ölüb. Polis baş vermiş insidentin bədbəxt hadisə olduğunu bəyan edib. Hadisə ilə əlaqədar araşdırma aparılır.
Xatırladaq ki, dekabrın sonlarında ABŞ-ın Aydaho ştatında fəaliyyət göstərən Walmart super marketində 2 yaşlı oğlan uşağı təsadüfən anasına atəş açaraq, qətlə yetirmişdi. 29 yaşlı qadın aldığı ağır güllə yarasından hadisə yerindəcə keçinmişdi.