Türkiyənin baş naziri Əhməd Davudoğlu paralel quruluş əməliyyatı ilə əlaqədar sərt fikirlər səsləndirib. Baş nazir “Ritz Carlton Otel”də təşkil etdiyi mətbuat konfransında İngiltərənin paytaxtı Londondakı təmaslarını qiymətləndirib və jurnalistlərin suallarını cavablandırıb.
Teleqraf.com-un məlumatına görə, Davudoğlu media qarşısında Türkiyənin son 12 ildə əldə etdiyi uğurlardan danışıb. Hökumət başçısı AKP iqtidarının 2023-cü ilədək bir sıra strateji hədəflərə nail olmaq niyyətində olduğunu vurğulayıb.
Fəthullah Gülənin lideri olduğu Hizmətçilər Hərəkatı ilə bağlı kəskin münasibət bildirən Davudoğlu dövlətə hər hansı paralel strukturların mövcudluğunun qeyri-mümkün olduğunu söyləyib.
“Xəyanət edənlər ədalətə təslim ediləcək” deyən baş nazir dövlətçilik, bütövlük məsələlərində hər hansı güzəştin mümkünsüz olduğunu bildirib.
Nail Cəlil