14 Dekabr 2023 13:05
3 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasının deputatı Marianna Bezuqlaya qadınların səfərbərliyinin məcburi olmasını təklif edib.

Teleqraf.com xəbər verir ki, o, qanun layihəsi qəbul ediləcəyi təqdirdə bəzi hallarda qadınlara güzəştlərin ediləcəyini deyib.

Deputatın fikrincə, bu durumda qadınlara hamiləliyə görə xüsusi möhlət və xidmətdən azad olmaq hüququ olmalıdır.

Bezuqlaya qeyd edib ki, qadın hamilə olarsa, cəbhəyə çağırılmaya bilər.

Yaxın iki həftə ərzində Ali Radada kişi və qadınların əksər hüquq və vəzifələrini bərabərləşdirən yeni qanun layihəsi müzakirəyə çıxarılacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər