Qırğızıstan və Tacikistan dövlət sərhədinin daha 47 kilometrdən çoxunu razılaşdırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
İki ölkənin nümayəndələrinin müzakirələri dekabrın 8-14-də Qırğızıstanın Batken şəhərində keçirilib. Görüş zamanı topoqrafik işçi qrupları 47.05 kilometrlik dövlət sərhədi barədə razılığa gəliblər.
Tərəflər Tacikistan ərazisində baş tutacaq növbəti görüş zamanı qalan xətlərin müəyyənləşdirilməsi işini davam etdirəcəklər.
Görüşün yekunu olaraq birgə protokol imzalanıb.