14 Dekabr 2023 23:39
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenlə telefonda danışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı İsrailin Qəzzaya hücumları, İsveçin NATO üzvlüyü, F-16 məsələsi və ikitərəfli əlaqələr müzakirə edilib.

Prezident Ərdoğan Qəzzada humanitar fəlakətin dayandırılması zəruri olduğunu və ABŞ-ın İsrailə qeyd-şərtsiz dəstəyini geri çəkməsinin tezliklə atəşkəsi təmin edə biləcəyini vurğulayıb. Bundan əlavə, Türkiyə Prezidenti Baydenlə danışığı zamanı bölgədə daimi atəşkəsin təmin edilməsinin ABŞ-ın tarixi məsuliyyəti olduğunu bildirib.

Qeyd edək ki, telefon danışığı ABŞ liderinin təşəbbüsü ilə baş tutub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər