15 Dekabr 2023 12:14
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin lideri Si Cinpin ölkəni “dəmir əl”lə idarə edir. O, eyni zamanda varis barədə də düşünmək məcburiyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Çin baş naziri Li Çianın səlahiyyətlərinin artırılması beynəlxalq medianın diqqətini çəkib:

“Çian Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun daimi üzvüdür. Partiyaya 1983-cü ildə üzv olub. Çian Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Qurultayının bu ilin martın 11-də keçirilən sessiyasında baş nazir vəzifəsinə təyin olunub.

Cinpinin təlimatıyla Çian Mərkəzi Maliyyə Komissiyasına da rəhbər təyin edilib. Ondan əvvəlki baş nazirlərin bu səlahiyyəti yox idi. Bəzi ekspertlər bunu Çin iqtisadiyyatındakı ağır durumla izah edirlər. Çinin daşınmaz əmlak bazarında vəziyyət mürəkkəbdir. Tikinti şirkətləri aldıqları kreditləri qaytara bilmirlər, ölkədə borclanma artıb. Çinin maliyyə sabitliyini geri qaytarmağa və korrupsiya ilə mübarizəni gücləndirməyə ehtiyacı var. Bəzi ekspertlər isə Cinpinin Li Çianı öz yerinə hazırladığı versiyasını irəli sürürlər.

Mümkündür ki, Cinpin hakimiyyətin bir hissəsini və məsuliyyəti baş nazirlə bölüşmək istəyir. O, Çianın səlahiyyətlərini artırmaqla gələcəkdə hakimiyyət uğrunda mübarizəyə hazırlaşan partiyadaxili qüvvələrə mesaj göndərmiş olur.

“South China Morning Post” nəşri baş nazirin Çini bir çox beynəlxalq tədbirdə təmsil etməsinə diqqəti çəkib. Məsələn, Çini G-20-nin Hindistanda keçirilən sammitində Çian təmsil edib. Bu səbəbdən onun fəaliyyəti Qərbin siyasi və ekspert dairələrində ciddi analiz edilir. Li Çianın mövqelərinin möhkəmlənməsi onun Çin iqtisadiyyatındakı problemləri necə həll edəcəyindən asılı olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər