Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel Brüsseldə keçirilən 2 günlük Aİ liderləri sammitinin sonunda mətbuat konfransı keçirib.
Teleqraf.com xəbər verir ki, Mişel görüşün ən mühüm gündəm bəndlərindən birinin İsrail-Fələstin münaqişəsi olduğunu bildirib.
Mişel vurğulayıb ki, Aİ liderləri üçüncü dəfə atəşkəs çağırışı ilə bağlı razılığa gələ bilməyiblər.