16 Dekabr 2023 00:43
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailli əsgərlər Qəzza zolağında döyüş zamanı səhvən üç israilli girovu öldürüblər.

Teleqraf.com xəbər verir ki, bu haqda İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Şücayyədə gedən döyüş zamanı İsrail əsgərləri səhvən üç israilli girovu təhlükə kimi tanıyıb. Nəticədə hərbçilər onlara atəş açıb öldürüblər”, - məlumatda qeyd olunub.

Bildirilib ki, dərhal insidentlə bağlı araşdırmaya başlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər