16 Dekabr 2023 12:07
7 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstan Baş naziri Nikolay Denkov Qara dənizin Rusiyaya aid olduğunu iddia edən Prezident Vladimir Putinə sərt təpki verib.

Teleqraf.com xəbər verir ki, baş nazir Rusiya liderinin iddiasını “imperiya ambisiyası” adlandırıb.

“Rusiya keçmiş illərdə də imperiya ambisiyasına toxunan bəyanatlar verib. Bu imperiya ambisiyaları bəzi Avropa Birliyi ölkələrini hədəfə alır. Digər tərəfdən, bu sözlərə münasibətdə diqqətli olmalıyıq, çünki ilk baxışda sadəcə bəyanat kimi görünsə də, bəziləri fəaliyyət planına çevrilə bilər”, - Denkov vurğulayıb.

Putin illik mətbuat konfransında Osmanlı-Rus müharibəsinə (1877-1878) istinadla belə demişdi:

“Türkiyə də yaxşı bilir ki, bütün Qara dəniz bölgəsi Rusiya-Türkiyə müharibələri nəticəsində Rusiyaya keçmişdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər