İranın məhkəmə orqanları İsrailə casusluqda ittiham olunan şəxsi edam edib.
Teleqraf.com xəbər verir ki, Sistan-Bəlucistan əyalətində dara çəkilən şəxs xarici xidmətlər, o cümlədən İsrailin MOSSAD kəşfiyyat təşkilatına casusluqda təqsirli bilinib.
İran KİV-i yazır ki, ölüm cəzasına məhkum edilən şəxs gizli məlumatların toplanması və MOSSAD-a ötürülməsi ilə məşğul olub.