16 Dekabr 2023 20:17
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu 2024-cü ildə yeni əks-hücum əməliyyatları keçirməyi planlaşdırır və bunun üçün qüvvələr toplayır.

Teleqraf.com xəbər verir ki, bunu alman hərbi ekspert Niko Lanq deyib.

“Çox güman ki, Ukrayna gələn ildə yeni əks-hücum üçün resurslar toplayır”, - ekspert bildirib.

Lanq əlavə edib ki, başlanğıc nöqtəsi Dnepr çayının sol sahilindəki strateji mövqelər ola bilər: “Ukrayna diqqətini bu istiqamətə yönəldəcək”.

Almaniyanın “Die Welt” nəşri yazır ki, Ukraynanın müvafiq planı ABŞ-yə təhvil verilən silahların siyahısında da göstərilir. Siyahıya “Black Hawk” və “Apache” helikopterləri, F-16 və F-18 döyüş təyyarələri, müxtəlif raket sistemləri, “Abrams” tankları, PUA-lar və döyüş sursatları daxildir.

Alman qəzeti bildirir ki, Kiyevin tələbi yayda Ukrayna ordusunun əks-hücumları zamanı heç vaxt istifadə olunmayan müxtəlif döyüş sistemlərinin kombinasiyasından istifadə etməklə manevr müharibəsinə keçid üçün yeni cəhddən xəbər verir.

Ukrayna Prezidenti Vladimir Zelenski bundan əvvəl Rusiyaya qarşı əks-hücumun istənilən nəticə vermədiyini etiraf edib. Onun sözlərinə görə, Ukrayna daha sürətli nəticələr istəyib, amma bu baş verməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər