Ağstafa-Bakı sərnişin qatarında hərəkət bərpa olunub.
Bu barədə Teleqraf.com-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Qeyd edilib ki, qatarın yolda qalmasına səbəb ərazidə elektrik enerjisi təchizatında problem olmasıdır. Hadisə ilə əlaqədar olaraq ADY əməkdaşları sərnişinlərə tələbatlarına uyğun olaraq isti və soyuq içkilər, şirniyyat və müxtəlif qidalar paylayıb.
***
21:02
Ağstafa-Bakı sərnişin qatarında nasazlıq yaranıb.
Teleqraf com Report-a istinadla xəbər verir ki, Ağstafa-Bakı sürət qatarı Goran stansiyasında yaranmış nasazlıq səbəbindən yolda qalıb.
Qatar artıq saat yarımdır yubanır.