Filippin Prezidenti Ferdinand Markos Rusiyanın Ukraynaya hücumunu “faciə” adlandırıb.
Teleqraf.com xəbər verir ki, o, belə bir şəraitdə heç bir ölkənin, xüsusilə Asiyada silahlı münaqişəyə başlamaq niyyətində olmadığını deyib.
Cənubi Çin dənizində Pekinlə ərazi mübahisələrinin kəskinləşməsini şərh edən Markos bildirib ki, Çinin aqressiv davranışı qonşuları üçün real problem yaradır və yeni həll yollarının axtarışını tələb edir.
“Deməliyik ki, gərginlik artıb, ona görə də həll yolu tapmağa davam etməliyik və bütün iştirakçı ölkələrlə dialoq aparmalıyıq”, - Markos vurğulayıb.
Eyni zamanda Filippin prezidenti əlavə edib ki, ölkəsi sülhə sadiq qaldığı üçün regionda münaqişəyə başlamayacaq.
Markos qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi davam edərkən heç bir ölkə, xüsusən də Asiyada yeni münaqişəyə başlamaq istəmir.