18 Dekabr 2023 13:37
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzzada İsrail-HƏMAS savaşı davam edərkən, yeni müharibənin başlayacağı yer açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Britaniyanın “The Guardian” qəzeti Livanda da müharibənin qaçılmaz olduğunu yazıb.

İsrailli çavuş mayor İtai Reuveninin sözlərini gündəmə gətirən The Guardian,

Nəşr İsraildə “Hizbullah” terror təşkilatının HƏMAS-dan daha böyük təhlükə olaraq qəbul edildiyini, İranın da mümkün müharibəyə qoşulacağını bildirib. İsrail müdafiə naziri Yoav Qallantın da bu fikirdə olduğu xatırladılarkən, İranın iştirak edəcəyi bir müharibənin ABŞ-də müzakirə olunduğuna diqqət çəkilib.

Baş nazir Benyamin Netanyahunun ABŞ-nin tələbi ilə bu təklifdən uzaq qaldığı iddia edilsə də, İsrail rəsmilərinin müharibəni qaçılmaz gördüklərini vurğulanır.

İsrail baş nazirinin keçmiş müşaviri Orna Mizrahi İsrail və “Hizbullah” arasındakı konfliktin gərginləşməyə doğru getdiyini deyib:

“Vəziyyətlə bağlı ən çox narahatlıq yaradan da budur: eskalasiya meyli. Heç kim tammiqyaslı müharibə istəmir, amma ora çata bilərik”.

Yaxın Şərq İnstitutunun analitiki Randa Slim İran və “Hizbullah”ın mümkün qədər belə bir savaşdan qaçdığını söyləyib. Amma onun sözlərinə görə, İsrail-Livan sərhədində yığılan gərginlik hər an partlayış yarada bilər.

Təhlildə Qallantın “Dünya “Hizbullah”ı geri çəkilməyə məcbur etməsə, İsrail edəcək” sözləri də xatırladılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər