18 Dekabr 2023 16:34
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Qəzzada davam edən İsrail-HƏMAS savaşı ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, o, Amerikanın xətası ucbatından Yaxın Şərqdəki vəziyyətin nəzarətdən çıxdığını deyib.

Onun sözlərinə görə, bölgədə baş verənlərin fəlakətə çevrilmək təhlükəsi var.

“ABŞ Yaxın Şərqin tamamilə nəzarətdən çıxmasına icazə verdi. Həqiqətən pis şeylər baş verir, bunların hamısını dayandırmaq bizim əlimizdədir. Güc və həssaslıqla idarə edilməsə, fəlakət baş verə bilər. Bu, Ukraynadakı münaqişəyə də aiddir”, - Tramp bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər