18 Dekabr 2023 20:43
2 999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova parlamenti MDB çərçivəsində daha iki sazişi - hərbi müşahidəçilər, kollektiv sülhməramlı qüvvələr və terrorizmlə mübarizə strukturlarına dəstək haqqında müqavilələri denonsasiya edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkə parlamentinin mətbuat xidməti məlumat yayıb.

İlin əvvəlindən Moldova parlamenti MDB çərçivəsində 22 sazişi ləğv edib.

Birinci sənədin denonsasiyası Moldova Müdafiə Nazirliyi tərəfindən təklif olunub. Layihənin məlumat qeydində bildirilir ki, Moldova MDB üzvü kimi bu birlik çərçivəsində hərbi-siyasi sahədə qarşılıqlı fəaliyyət göstərmədiyi üçün rəsmi Kişinyovun bu sazişlərə əməl etməsi yersizdir. İkinci təşəbbüs son illərdə bu sənədin müddəalarından istifadə etmədiyini qeyd edən İnformasiya və Təhlükəsizlik Xidmətinə məxsusdur.

Bundan əvvəl Moldova parlamenti 1994-cü il aprelin 18-də Rusiya ilə kəşfiyyat sahəsində imzalanmış hökumətlərarası sazişi denonsasiya edib.

Ötən ildən Moldova hökuməti MDB ilə bir sıra sazişlərin denonsasiya edilməsini gündəmdə saxlayır. Hökumət MDB ilə bütün müqavilələri təhlil etmək və effektli olmayan sazişləri ləğv etmək niyyətindədir.

Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında Moldovanın MDB-ni tərk edəcəyi təqdirdə heç nə itirməyəcəklərini demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər