Əbdülfəttah əs-Sisi yenidən Misir Prezidenti seçilib.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, o, 6 il müddətində Misirə rəhbərlik edəcək.
Məlumata görə, Misirin Milli Seçki Komissiyası bu gün dekabrın 10-12-si keçirilən seçkilərin rəsmi nəticələrini açıqlayıb.
Bildirilir ki, ölkə daxilində və xaricində seçicilərin 89,6 faizi Sisiyə səs verib.
Xatırladaq ki, Əbdülfəttah əs-Sisi 2014-cü ildən Misirin Prezidenti olub.