Suriya Müxalif və İnqilabçı Qüvvələri Milli Koalisiyasının prezidenti Hadi əl-Bəhra ölkəsində atəşkəs rejiminin davam etdirilməsi üçün Türkiyədən yardım istəyib.
Teleqraf.com xəbər verir ki, əl-Bəhra İran və Rusiya ilə əldə edilmiş atəşkəs anlaşmasının yerinə yetirilməsi üçün Türkiyəyə müraciət edib.
“Atəşkəs razılaşmasına uyğun davam etməmək bizim üçün qeyri-sabitliyə gətirib çıxarır. Qeyri-sabitlik köç dalğalarının artmasına səbəb olur. Bunun üçün xahiş edirik, Türkiyədən yardım istəyirik. Hakimiyyətdən xahiş edirik: ruslara, iranlılara və Əsəd rejiminə qarşı razılaşdırılmış qərarlara tam əməl olunsun, atəşkəs rejiminin həyata keçirilməsi təmin edilsin”, - müxalif siyasətçi bildirib.