ABŞ, Prezident Co Baydenin etdiklərinə görə hazırda fəlakətli vəziyyətdədir.
Teleqraf.com xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor sosial şəbəkə hesabında yazıb.
"Avropalılar Baydenin dediklərini ciddiyə almırlar. ABŞ-a nə oldu? Onlar görürlər ki, Amerika çox kəskin tənəzzüldədir. Artıq sərhədlərimizə və immiqrasiyaya nəzarət etmirik. Biz cinayətin qarşısını almırıq. Amerika sərbəst düşən cəmiyyətə çevrilib. Kim olduğumuzu belə bilmirik", - deyə Makqreqor bildirib.