19 Dekabr 2023 16:06
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Baydenlə görüşümüz zamanı İsveç məsələsini də müzakirə etmişik.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İsveçin NATO-ya üzvlük protokolunu Türkiyə Böyük Millət Məclisinə göndərmişik. ABŞ Prezidenti cənab Co Baydenlə görüşümüz zamanı İsveç məsələsi də gündəmə gəldi. ABŞ-la aramızda olan F-16 məsələsini də bu kontekstdə dəyərləndirdik. Görüşdə bildirdi ki, siz bunu parlamentdən keçirin, mən də Konqresdən keçirərəm.

O da deyildi ki, qoy ABŞ dövlət katibi Entoni Blinken və xarici işlər nazirimiz Hakan Fidan bu prosesi eyni vaxtda idarə etsinlər, bunu eyni vaxtda etsək, parlamentdən daha asan keçmək imkanımız olacaq.

Parlamentdəki prosesləri çətinləşdirən digər məsələ Kanada və bəzi müttəfiqlərin müdafiə təchizatı ilə bağlı mənfi münasibətidir. Bunların hamısı bir-birinə bağlıdır. İnanıram ki, həm Amerika ilə F-16 məsələsi, həm də Kanadanın verdiyi vədlərə əməl etməsi ilə bağlı gözlədiyimiz müsbət irəliləyişlər parlamentimizin məsələyə müsbət baxışını sürətləndirəcək. Digər tərəfdən, İsveçin Vilnüsdə bizə verdiyi vədlər var. Bunların yerinə yetirilməsini gözləyirik və hadisələri yaxından izləyirik”, - Türkiyə lideri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər