Ukrayna gələn il bir milyon dron istehsal edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin strateji sənaye naziri Aleksandr Kamışin özünün "Telegram" kanalında məlumat verib.
Nazir bildirib ki, Ukrayna 2024-cü ildə bir milyon "FPV" dronu, 10 mindən çox orta ucuş məsafəli zərbə dronu və min kilometr məsafəyə malik mindən çox pilotsuz uçuş aparatı istehsal etməyi planlaşdırır.
O, bütün istehsal imkanlarının artıq hazır olduğunu və dekabr ayında 50 mindən çox "FPV" dronunun istehsal olunduğunu bildirib.