21 Dekabr 2023 00:27
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan serbiyalı həmkarı Aleksandar Vuçiçlə telefonla danışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Ərdoğan serbiyalı siyasətçini seçkilərdəki qələbə ilə əlaqədar təbrik edib. Telefon danışığında Türkiyə – Serbiya münasibətləri, qlobal və regional məsələlər müzakirə olunub.

“Prezident Ərdoğan yeni dövrdə də iki ölkə arasındakı güclü münasibətlərin və əməkdaşlığın inkişaf edərək davam edəcəyini söyləyib”, – məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər