Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsi başlayandan bəri Qəzza zolağında ən azı 20 min insan həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumatına görə, qurbanlar arasında 8 min uşaq və 6,2 min qadın var. Təxminən 6,7 min nəfər itkin düşmüş hesab olunur.
Dekabrın 19-da Qəzza Səhiyyə Nazirliyi öz teleqram kanalında 19 667 ölü və 52 586 yaralı barədə məlumat yayıb.