Macarıstanla Türkiyə arasında İsveçin NATO-ya üzvlük müraciətinin təsdiqlənməsi ilə bağlı razılaşma yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
Baş nazir Macarıstan parlamentinin üzvlüyün təsdiqlənməsi üçün səsvermənin vaxtı ilə bağlı qərar verəcəyini açıqlayıb.
Orban həmçinin bildirib ki, hakim partiyanın deputatları arasında İsveçin üzvlüyünü təsdiqləmək üçün böyük istək yoxdur.
İsveçin NATO-ya üzv olmasından ötrü Türkiyə və Macarıstanın razılığı lazımdır.
Prezident Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük müraciətini təsdiqləyərək Türkiyə Böyük Millət Məclisinə göndərib. Qanun layihəsi hələ də parlamentdədir.
ABŞ və Avropa mətbuatı uzun zamandır Türkiyə və Macarıstanın bu məsələdə birgə hərəkət etdiyini yazır.