Praqadakı Karl Universitetinin fəlsəfə fakültəsində baş verən atışmanı paytaxtdan təxminən 20 km qərbdə yerləşən Kladno şəhərindən olan 24 yaşlı tələbə David K. həyata keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Çexiya polisi məlumat yayıb.
Müəyyən edilib ki, David K. bir neçə növ odlu silahın sahibi olub və fakültədə terror aktına öncədən hazırlaşıb. O, silahlara qanuni yolla sahib olub. Bundan əlavə, polis onun qırğından bir neçə saat əvvəl atasını öldürməsindən şübhələnir. David K. onu zərərsizləşdirmək üçün polis əməliyyatına başladıqdan sonra intihar edib.
***
Çexiyanın paytaxtı Praqada Çarlz Universitetinin incəsənət fakültəsinin binasında atışma olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Çexiya polisinin rəsmi "X" hesabında məlumat verilib. Qeyd olunub ki, insident nəticəsində 15 nəfər ölüb, 20 nəfər yaralanıb.
Daxili işlər naziri Vit Rakuşanın hadisə yerinə getdiyi bildirilir.
Praqa şəhərinin meri hadisəni törədən şəxsin intihar etdiyini deyib.