21 Yanvar 2015 15:41
3 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıya ilk “Tesla” elektromobili fevral ayında gətirililəcək.

Teleqraf.com fins.az-a istinadən xəbər verir ki, “Tesla Club Baku” şirkəti bu barədə məlumat verib. İlk olaraq “Tesla Model S” avtomobili sifariş edilib. Avtomobilin satış qiyməti nəqliyyat, gömrük və digər xərclər nəzərə alınaraq Azərbaycanda 80 -100 min manat arası olacaq.

Avtomobil 100 km-ə 1,25 manatlıq enerji sərf edir. Azərbaycandakı enerji qiymətləri ilə “Tesla”nın bir dəfə enerji yığması 5 manata başa gəlir. Bu enerji ilə elektromobil 400 kilometr məsafə qət edə bilir.
Hazırda ölkədə cəmi 2 elektrik doldurma məntəqəsi var. Bu məntəqələr Mərdəkan yolunda “SOCAR”a aid yanacaq doldurma məntəqəsində yerləşir. “Tesla Club Baku”dan bildirilib ki, bu avtomobillərin rahat istismarı üçün ölkədə azı 10 elektrikdoldurma məntəqəsi quraşdırılmalıdır.

Teleqraf.com avtomobilin fotolarını təqdim edir:


Müəllif:

Oxşar xəbərlər